loader image

Dia.edu.az

Dövlət Idarəçilik Akademiyasının əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyovun həmmüəllifi olduğu “Simultaneous identification of the right-hand side and time- dependent coefficients in a two-dimensional parabolic equation” (“İkiölçülü parabolik tənlikdə sağ tərəfin və zamandan asılı əmsalların təyin edilməsi”) adlı məqalə Web of Science elmmetrik bazası tərəfindən indekslənən Q1 kateqoriyalı (Riyaziyyat və Tətbiqi riyaziyyat sahələri üzrə) “Mathematical Modelling and Analysis” (“Riyazi Modelləşdirmə və Analiz”) adlı beynəlxalq jurnalda dərc olunub (Journal Citation Reports®, Science Citation Index Expanded, Impact factor: 1.603).

Məqalədə əlavə ölçmələrdən istifadə etməklə ikiölçülü parabolik tənlikdə sağ tərəfin və zamandan asılı əmsalların eyni vaxtda təyin olunması məsələsi öyrənilmişdir. Əvvəlcə baxılan ikiölçülü tərs məsələ müəyyən verilənlər daxilində köməkçi məsələyə gətirilmiş və köməkçi məsələnin baxılan məsələyə ekvivalentliyi isbat olunmuşdur. Sonra Furye üsulunun köməyi ilə köməkçi məsələnin həlli inteqral tənliklər sistemi şəkilndə göstərilmiş və sıxılmış inikas prinsipinin köməyi ilə kiçik zaman anı üçün bu sistemin həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat olunmuşdur. Daha sonra isə, ekvivalentlik şərtindən istifadə edərək baxılan məsələnin klassik həllinin varlığı və yeganələyi göstərilmişdir. Sonda baxılan tərs sərhəd məsələlərinə uyğun bəzi nümunə modellər qurulmuş, onların ədədi həlləri tapılmış, MatLab riyazi proqram paketindən istifadə etməklə tapılan təqribi və dəqiq həllər qrafiklər vasitəsi ilə müqayisə olunmuşdur.

Məqaləni oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:

https://journals.vilniustech.lt/index.php/MMA/article/view/17974