9 dekabr 2025-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında əməkdaşlar
və tələbələr üçün 9 illik insan resursları üzrə təcrübəsi olan mətəxəssis və təlimçi
Nəcəfova Sevinc tərəfindən “İdarəetmədə
İnsan Resurslarının rolu: Seçim, inkişaf və motivasiya mexanizmləri” adlı təlim
keçirilmişdir. O, çıxışı zamanı məzun olduğu Akademiyada təlim verdiyi üçün
məmnunluq hissi duyduğunu bildirmiş, işə götürmə strategiyaları, müsahibə texnikaları,
namizədin
bacarıqlarının qiymətləndirilməsi, kadr idarəçiliyi, karyera inkişafı proqramları, kadr məlumatlarının analizi, motivasiya alətləri və komanda motivasiyası, daxili kommunikasiya
strategiyaları, işçi məmnuniyyəti və münaqişələrin idarə
olunması haqqında məlumatlar vermişdir. Həmçinin təlimçi öz peşəkar təcrübələrindən real hadisələr və
nümunələr gətirərək insan resurslarının strateji rolunu praktiki kontekstdə
təqdim etmişdir.
Tədbirin
sonunda tələbələrin sualları cavablandırılmışdır.








