Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının bir qrup müəllim və tələbələri 10
dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin
təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar” adlı
forumda iştirak ediblər. Forum Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 28 dekabr
2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı
çərçivəsində təşkil olunmuşdur. Açılış nitqi ilə çıxış edən Mədəniyyət
naziri Adil Kərimli forum iştirakçılarını salamlamış və bildirib ki, Prezident cənab
İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin mərkəzində mədəniyyət
xüsusi yerə malikdir. Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin
banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi
mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana
dilimizə davamlı diqqət və qayğı göstərib. Ümummilli Liderimizin müəllifi
olduğu Konstitusiyamızda mədəniyyətlə bağlı çox qiymətli müddəalar mövcuddur və
bunun təməlləri üzərində hazırlanan qanunvericilik aktları mədəniyyət və hüquq
anlayışlarını da özündə ehtiva edir. Sonra Milli Məclisin sədr müavinləri
Ziyafət Əsgərov, Rafael Hüseynov və Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının sədri Anar Bağırov çıxış edərək forumun əhəmiyyətini
vurğulayıblar.
Panel müzakirələrlə öz işini davam edən Forumda DİA-nın tələbələri aktiv
iştirak edərək, faydalı müzakirələr aparıblar. Sonda DİA-nın tələbələri Forumun
təşkilatçıları və Mədəniyyət naziri ilə xatirə şəkli çəkdiriblər.
- 15 Dec
- 2025










