Tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.
Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ADA Universitetinin Dövlət idarəçiliyi və akademik məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC-in Elm Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyev çıxış ediblər.


