Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Davamlı İnkişaf kafedrasının müəllimi Natavan
Qasımova və Dİ222 qrupunun tələbələri “Dünyamız bizə əmanətdir!” adlı
interaktiv təlim layihəsini təşkil edərək
Buzovna qəsəbəsində yerləşən 8 nömrəli sanatoriya tipli internat məktəbində
təhsil alan şagirdlərlə görüşmüşlər.
Sosial, iqtisadi və ekoloji istiqamətləri əhatə edən layihənin əsas məqsədi
uşaqlarda sosial davranış, ekoloji düşüncə və iqtisadi savadlılığın ilkin əsaslarının
formalaşdırılması olmuşdur.
Layihənin məqsədi erkən yaşdan davamlı inkişafla bağlı bilik və
bacarıqların aşılanması, məsuliyyət hissinin inkişafı, eləcə də uşaqların
şüurlu və qayğıkeş vətəndaş kimi formalaşmasına töhfə verməkdir. Təlimin
sonunda uşaqlar davamlı inkişafın mahiyyətini, ətraf mühitin, təbii resursların
və sosial dəyərlərin qorunmasının əhəmiyyətini daha yaxşı dərk etmiş oldular.
Sonda uşaqlara hədiyyələr təqdim edildi.


















